Bakının Sabunçu rayonunda 12 yaşlı oğlan həmyaşıdı tərəfindən bıçaqlanıb. Bu haqda mayın 21-də APA məlumat yayıb.
İnsident Məhəmmədi qəsəbəsində baş verib. İki yeniyetmə əlbəyaxa dava ediblər. Yaralı sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.