Bakıda avtomobil iki piyadanı vurub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.
18 yaşlı Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən 30 yaşlı Ruhiyyə Tanrıverdiyeva və 3 yaşlı Seymur Məmmədlini vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.