Bakıda, Qaradağ rayonunun Lökbatan qəsəbəsində polis tərəfindən 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb. Bu haqda mayın 14-də APA məlumat yayıb.
Narkotik vasitə “Qobu park” yaşayış kompleksində su çəninin içərisində gizlədilmiş kisədə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.