Ötən gün Bakının Sabunçu rayonu ərazisində 19 yaşlı oğlan qətlə yetirilib. Bu haqda iyunun 10-da Report məlumat yayıb.
Polis tərəfindən şübhəli şəxs qismində 2003-cü il təvəllüdlü şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.