Lent.az-ın mayın 31-də verdiyi məlumata görə, 16 yaşlı qız və gənc oğlan itkin düşüblər.
16 yaşlı Məmmədova Sarat Ruslan qızı mayın 28-i kirayədə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Bununla bağlı yeniyetmənin anası M. Məmmədova polisə məlumat verib. Sarat Məmmədova Azərbaycan Sənaye Texnikumunun 1-ci kurs tələbəsidir.
Daha bir itki Bakının Yasamal rayonunda qeydə alınıb. Hüseynov Rəsul Tağı oğlu mayın 30-u saat 14 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun qardaşı V. Hüseynov məlumat verib.