Bakıda 24 yaşlı qız özünü binadan atıb. Bu barədə 23 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü qız yaşadığı binanın 3-cü mərtəbəsindən özünü yerə atıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.