Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bu barədə 18 iyul tarixində APA məlumat verib.
Hadisə Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 26 yaşlı Gültəkin Vəliyeva yolu keçərkən onu minik avtomobili vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.