Bakıda Səbail rayonunda qadın özünü yandıraraq intihar edib. Bu haqda iyunun 6-da Lent.az məlumat yayıb.
İnsident Bayıl qəsəbəsində baş verib. 28 yaşlı Ağdam sakini üzərinə benzin tökərək özünə od vurub. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.