Bakıda 3 avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, Bakı şəhər sakini “Wolksvagen”, “Hyundai” və “KİA” markalı 3 avtomobildən pul, sənəd və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən şəxs kimi saxlanılıb. Bildirilib ki, o, əvvəllər məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.