Bakının Binəqədi rayonunda 2 bıçaqlanma hadisəsi baş verib. Bu haqda mayın 16-da APA məlumat yayıb.
Hadisələr Xocəsən və Sulutəpə qəsəbəsində baş verib.
Yaralılar 1994-cü və 1996-cı il təvəllüdlü şəxslərdir. Hər ikisi xəstəxanaya çatdırılıb.
Digər bıçaqlanma hadisəsi isə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.
1977-ci il təvəllüdlü şəxs küçədə naməlum adamla əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.