Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub. Bu haqda iyunun 27-də APA məlumat yayıb.
İnsident Pirşağı qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü tələbə dənizdə çimərkən batıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mərhum Texniki Universitetin üçüncü kursda oxuyub.