Bakıda 34 yaşlı kişi bıçaqlanıb. Bu barədə 10 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Bildirilib ki, 1988-ci il təvəllüdlü xəsarət alan tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.