Bakının Suraxanı rayonunda 37 yaşlı qadın bıçaqlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
İnsident iyulun 3-ü saat 18:00 radələrində qeydə alınıb. Sahil Məmmədov aralarında yaranmış münaqişə zamanı tanışına xəsarətlər yetirərək onu öldürmək istəyib.
Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.