Bakının Sabunçu rayonunda 38 yaşlı qadın intihar edib. Bu haqda mayın 18-də APA məlumat yayıb.
Hadisə Ramana qəsəbəsində baş verib. Mərhum yaşadığı Gülçülük sovxozu ərazisindəki evində özünü asıb. Onun meyiti morqa təhvil verilib.
Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsilə cinayət işi başlanılıb.