Bakının Sabunçu rayonunda 38 yaşlı qadın sevgilisi tərəfindən bıçaqlanıb. Bu barədə oktyabrın 14-də APA xəbər verib.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Mübahisə zamanı Vüsalə Əliyeva 8 bıçaq zərbəsi alıb.
Yaralı 3 saylı kliniki xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.
Cinayəti törədən şəxs saxlanılıb.