Bakının Pirallahı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Quliyev Mahir Əlibala oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.