Bakıda moped oğurlanıb. Bu haqda mayın 10-da APA xəbər yayıb.
Məlumata görə, mayın 7-də Badamdar qəsəbəsindən F. Abdullayevaya məxsus 4 500 manat dəyərində “Yamaha” markalı moped oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev saxlanılıblar.