Bakıda, Yasamal rayonunun Əsəd Əhmədov küçəsində qəza zamanı 4 avtomobil toqquşub, 2 nəfər yaralanıb. Bu haqda iyunun 30-da APA məlumat yayıb.
“Daewoo” markalı minik avtomobili “Toyota” markalı maşını ötmək üçün manevr edib və nəticədə toqquşma baş verib. Daha sonra sıxlıq yaranıb və digər “Daewoo Ravon” markalı maşın ərazidə olan “Toyota” markalı avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.