Bakıda evdən oğurluq edilib. Bu haqda mayın 21-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Ş.Məmmədova küçəsindəki evdən 400 manat, 400 ABŞ dolları, 1 620 manat dəyərində 4 qol saatı, çanta və 2 kassa aparatı yoxa çıxıb. Keçirilən əməliyyat nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.