Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu haqda mayın 26-da Report məlumat yayıb.
Hadisə bu il yanvarın 31-də baş verib. Təqsirləndirilən şəxs 2018-ci il təvəllüdlü qızı döyüb, onun öldüyünü görəndən sonra meyiti quyuya ataraq üzərinə torpaq töküb.
Faktla bağlı “Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” və “Əzab vermə” maddələrilə cinayət işi başlanıb.