Bakıda 43 yaşlı kişi öz evinin talvarından yıxılaraq ölüb. Bu barədə 6 iyul tarixində APA məlumat verib.
Hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Qaraşov Teymur Vaqif oğlu yaşadığı mənzilin damında talvar vurarkən öz ehtiyatsızlığı səbəbindən yıxılaraq ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.