Bakıda 5 evdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə mayın 21-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aparılan araşdırmalar zamanı onun müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar ələ keçirməsi məlum olub. Cinayətkar izahatında etdiyi oğurluqları etiraf edib.
Faktlarla əlaqədar araşdırma aparılır.