Bakıda kişi qonşusu tərəfindən bıçaqlanıb. Bu barədə 3 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü şəxs qonşusu ilə mübahisə zəminində bıçaqlanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.