Bakının Xəzər rayonunda 59 yaşlı kişi intihar edib. Bu haqda iyulun 5-də Lent.az məlumat yayıb.
İnsident Zirə qəsəbəsində baş verib. Mərhum özünü evinin həyətindəki çardaqda asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.