Bakıda 60 yaşlı kişini avtomobil vuraraq ayağını sındırıb. Bu barədə 24 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1962-ci il təvəllüdlü şəxsi vurub.
Xəsarət alan xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.