Bakının Sabunçu rayonunda 61 yaşlı kişi intihar edib. Bu barədə iyunun 30-da Lent.az məlumat yayıb.
İnsident Ramana qəsəbəsində qeydə alınıb. Mərhum özünü bacısının evinin həyətində asaraq, həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.