Bakıda 61 yaşlı qadını avtomobil vurub. Bu haqda iyunun 4-də Report xəbər yayıb.
Hadisə Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü qadını yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 7,2% artıb.