Bakıda 66 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 18-i saat 09:30 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Həbibov Vaqif İdris oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra o, həmin gün saat 15:00 radələrində zəhərlənmədən ölüb.
Faktla bağlı araşdırma aparılır.