Bakıda avtomobil 1952-ci il təvəllüdlü qadını vurub. Bu barədə 20 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil qadını vuraraq ona xəsarət yetirib. Nəticədə yaralı xəstəxanaya çatdırılıb. Xəsarət alana sol qamış sümüyünün və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.