Bakıda 8 yaşlı uşaq itkin düşüb. Bu barədə iyunun 29-da Lent.az məlumat yayıb.
Belə ki, Suraxanı qəsəbəsinin X.Ələkbərov küçəsində yaşayan Yusif Bağırov həyətdə oynamaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı azyaşlının anası polisə müraciət edib.
Hazırda uşağın tapılması üçün axtarış tədbirləri keçirilir.