Binəqədi rayonu, Abşeron rayonunun Xırdalan şəhəri, Ağdaş rayonu və Mingəçevir şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu barədə Report 5 oktyabr tarixində xəbər verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Bakı şəhəri Binəqədi rayonunun S.Bəhlulzadə küçəsi, 44 ünvanında vətəndaş Elmira Əliyeva, Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində “SAS İnşaat” MMC, Ağdaş rayonu Tofiqi kəndi ərazisində vətəndaş Rza Məmmədov, Mingəçevir şəhərinin Sağ sahil qəsəbəsində isə vətəndaş Sultan Məmişova tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.