Paytaxtda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevin məhkəməsi başlayır. Bu barədə iyunun 14-də APA məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə bu ilin fevral ayında baş verib. 1983-cü il təvəllüdlü qadın və uşaqlar kəsici-deşici alətlə aldıqları xəsarətlərdən dünyalarını dəyişiblər. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Onun mərhumun qohumu olduğu müəyyən edilib.