Bakının Dərnəgül qəsəbəsində mağazalardan birinin anbarından 2 500 manat dəyərində elektrik naqili oğurlanıb. Bu haqda mayın 9-da Report məlumat yayıb.
Oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotikə görə məhkum olunmuş Zəngilan rayon sakini saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.