Yaz-yay mövsümünün başlanması ilə əlaqədar Bakıda Nəriman Nərimanov adına bağın ərazisindəki attraksionlara FHN baxış keçirib. Bu haqda iyunun 3-də Report xəbər yayıb.
Belə ki, mexanikləşdirilmiş attraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə texniki vəziyyətin qiymətləndirilməsi aparılıb.
Bildirilib ki, attraksionlar ildə azı bir dəfə yoxlanılır. Eyni zamanda attraksionlarda işləyən işçilərin bilikləri yoxlanılır, müayinədən keçirilir, daha sonra onlara sertifikatlar təqdim olunur.
Qeyd edək ki, il boyu attraksionlarda xəsarət alan olmayıb.