Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 21 oktyabr tarixində Report məlumat verib.
Hadisə Yusif Səfərov küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Hüseynov Elnur Mikayıl oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.