Bakıda avtomobil 42 yaşlı kişini vuraraq xəsarət yetirib. Bu barədə iyunun 15-də Report məlumat yayıb.
Hadisə Xəzər rayonunda qeydə alınıb. Avtomobil yolu keçən Azad Əhmədovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.