Bakının Yasamal rayonunda yol qəzası zamanı qadın xəsarət alıb. Bu barədə 21 oktyabr tarixində APA məlumat verib.
“Volkswagen” markalı nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsi ilə Ziya Bünyadov prospektinə keçmək istəyərkən avtomobili yüksək sürətlə yolayıran betonun üzərindəki ağaclara çarpıb.
Nəticədə qadın sərnişin xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.
[gallery link="file" size="full" ids="89976,89975,89974"]