Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Bu barədə mayın 13-də APA məlumat yayıb.
Hadisə Nəsimi rayonu, Azadlıq prospektində, ABŞ səfirliyinin qarşısında qeydə alınıb. Minik avtomobili dayanacaqda 88 saylı sərnişin avtobusuna arxadan çırpılıb. Nəticədə xəsarət alan şəxslərin olduğu bildirilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerindən bir nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.