Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 15 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, “KİA” markalı minik avtomobili beton maneəyə çırpılıb.
Bildirilib ki, 1977-ci il təvəllüdlü sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.