Bakıda avtomobil məzunu vuraraq xəsarət yetirib. Bu barədə iyunun 15-də Report məlumat yayıb.
Hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində “Toyota RAV4” markalı avtomobil yolu keçən 17 yaşlı Cavid Cəbrayılovu vurub. Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə Cavid Cəbrayılov “Son zəng” tədbirindən evə gedərkən baş verib. Faktla bağlı araşdırma aparılır.