Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə mayın 28-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Hadisə mayın 27-də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini E.Gəncəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə sonuncu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.