Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 24 oktyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 23-ü saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü İmanov Tural İslam oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçmək istəyən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.