Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakinləri saxlanılıb. Bu barədə 1 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, mayın 30-na keçən gecə Binəqədi qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Füzuli rayon sakininə məxsus “Daf” markalı avtomobilin qaçırılması barədə “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.
Əməliyyat nəticəsində Goranboy rayon sakini və qardaşı Yevlax rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.