Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində avtomobil yolu keçən qadını vuraraq öldürüb. Bu haqda Report mayın 20-də məlumat verib.
Ötən gün saat 10:00 radələrində “VAZ-2107” markalı avtomobil yolu keçən qəsəbə sakinini vurub. Nəticədə qadın hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma davam edir.