Bakıda avtomobildə mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu barədə 9 may tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, mayın 8-də saat 14 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakininin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 120 kiloqram çəkidə mənşəyi məlum olmayan ət məhsulu aşkar olunub.
Polis əməkdaşları tərəfindən akt tərtib olunub.