Bakıda avtomobil qarət edilib. Bu haqda iyunun 29-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Hadisə iyunun 27-də Z.Bünyadov prospektində baş verib. “Hyundai” markalı avtomobildən içərisində 977 manat pul, 2 telefon, sənəd və açar olan çanta oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.