Bakıda avtomobillər toqquşub, ölən var. Bu barədə 13 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə iyunun 12-si Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakininin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakininin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Bakı sakini və sərnişini olan anası xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.