Dünən, mayın 16-da Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib. Bu barədə 16 may tarixində Kiçik və Orta Biznes Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və iş adamları iştirak ediblər. Forumda çıxış edən KOBİA-nın sədri Orxan Məmmədov Azərbaycanda Avstriya iş adamlarının iştirakı ilə daha çox birgə müəssisə və layihələr görməyə ümid etdiyini və onların təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Avstriya iş adamları Azərbaycanda biznes qurmaq və yerli KOB-larla birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən faydalana bilərlər.