Ötən gün Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Bu barədə 19 may tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-dək şirkət iştirak edib.
Sözügedən forumda aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verilib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanları olduğu vurğulanıb.
Həmçinin tədbirdə AZPROMO-nun Azərbaycanın investisiya imkanlarına həsr olunmuş təqdimatı olub.