Bakıda “Passage 1901”də 20-22 may tarixlərində istehsalla məşğul olan sahibkarların satış-sərgi yarmarkası - “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək. Bu barədə 11 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Sərginin təşkilində məqsəd mikro və kiçik sahibkarların satış imkanlarının və yerli məhsulların tanıdılmasıdır. Yarmarkada 3 gün ərzində 150-yə yaxın sahibkar tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar və xidmətlər təqdim olunacaq.
Tədbirdə iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar link vasitəsilə qeydiyyatdan keçə bilərlər.